Son dəqiqə

Türkiyə İzmir TUSAŞ TEI TEKNOFEST TEI-TF6000

Türkiyənin təyyarə mühərriki TEKNOFEST-də nümayiş etdirilib

Bakı. TurkicWorld:

Türkiyənin TUSAŞ Mühərrik Sənayesi (TEI) tərəfindən istehsal edilən turbofan mühərriki TEI-TF6000 İzmir TEKNOFEST-də nümayiş etdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə TEI şirkətinin baş direktoru Mahmut Akşit açıqlama verib.

M.Akşit daha öncə Ankarada keçirilən TEKNOFEST-də prototip istehsal etməyi qarşılarına məqsəd qoyduqlarını və buna nail olduqlarını qeyd edib.

"Raket və elektrik mühərrikləri ilə yanaşı müdafiə sənayesində də Pilotsuz Uçuş Aparatları, vertolyot və təyyarə mühərriklərinə ehtiyac var. Bu mühərrik Türkiyənin artıq təyyarə mühərriki texnologiyasına sahib olduğunun təsdiqi olacaq. Bu, çox əhəmiyyətli bir dönüş nöqtəsidir", - deyə o əlavə edib.

Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər