Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurası

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Bakı. TurkicWorld:

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası sabah prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək.

TurkicWorld-un məlumatına görə, Ali Hərbi Şuranın toplantısından sonra Türkiyə Silahlı Qüvvələrinin dəyişən yeni komandanlığı ilk dəfə iclasa qatılacaq.

Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu ilk dəfə iclasda iştirak edəcək.

Strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə olunacağı görüşdə sərhəd təhlükəsizliyi çərçivəsində həyata keçirilən fəaliyyətlərin, xüsusilə İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatlarının müzakirə edilməsi planlaşdırılır.

İclasda Türkiyənin sülh səyləri, vasitəçilik və asanlaşdırma fəaliyyətləri, humanitar yardımlar və qalıcı atəşkəs mövzuları başda olmaqla, Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı inkişafların gündəmdə olması gözlənilir.

Egey, Kipr və Şərqi Aralıq dənizində baş verən hadisələrin də qiymətləndiriləcəyi iclasda, Türkiyə və KKTC-nin Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan irəli gələn hüquqlarının qorunması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

Prezident Ərdoğanın ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının 78-ci iclasından sonra keçiriləcək MGK toplantısında Azərbaycanın Qarabağda uğurla başa vurduğu antiterror əməliyyatını və regional hadisələri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) sonuncu iclası avqustun 9-da keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər