Son dəqiqə

Türkiyə TÜPRAŞ İstanbul Sənaye Palatası (İSO)

TÜPRAŞ Türkiyənin ən böyük sənaye müəssisəsi seçilib

Bakı. TurkicWorld:

Türkiyənin Neft Emalı (TÜPRAŞ) şirkəti ölkənin 500 ən böyük sənaye müəssisəsi arasında 418,4 milyard lirə satışla birinci olub.

TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Sənaye Palatası (İSO) hesabat hazırlayıb.

Məlumata əsasən, 2021-ci ildə üçüncü yerdə olan Star Rafineri şirkəti 2022-ci ildə 189,2 milyard lirə satışla ikinci sıraya yüksəlib.

"Keçən il ikinci olan Ford Automotive 140,1 milyard lirəlik istehsaldan əldə etdiyi satışla üçüncü yerdə qərarlaşıb. İstanbul Qızıl Emalı Zavodu (İAR) isə 87,8 milyard lirəlik hasilatla dördüncü yerdə, Ereğli Dəmir-Polad şirkəti isə 69,5 milyard lirə ilə beşinci yerdə qərarlaşıb", - deyə məlumatda qeyd edilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər