Son dəqiqə

Azərbaycan Türkiyə Milli Müdafiə Nazirliyi

Azərbaycanın haqq işini dəstəkləyirik - Türkiyə MN

Bakı. TurkicWorld:

Azərbaycanın haqq işini dəstəkləyirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə olaraq hər zaman deyirik ki, azərbaycanlı qardaşlarımızın haqq işlərində bütün imkanlarımızla yanındayıq. Biz uzun müddətdir ki, hərbi sahədə əməkdaşlıq və ordunun modernləşdirilməsi üzrə fəaliyyətləri davam etdiririk. Azərbaycan və Türkiyə ordusunun eyni standartlara çatması istiqamətində işlər müəyyən mərhələyə çatıb",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edilib.

Mövzuya görə xəbərlər