Son dəqiqə

Rusiya Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Rusiya ən azı Qərb qədər etibarlıdır - Ərdoğan

Bakı. TurkicWorld:

Rusiya ən azı Qərb qədər etibarlıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında iştirakı zamanı jurnalistlərin suallarını cavablayarkən deyib.

"Mənim Rusiya prezidenti Vladimir Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya ən azı Qərb qədər etibarlıdır. Hazırda mən Qərbə güvəndiyim qədər Rusiyaya da güvənirəm. Türkiyənin təbii qaza olan ehtiyacının yarısını Rusiya ödəyir. Biz həmrəylik içindəyik. Müdafiə sənayesində ortaq addımlar atırıq və əməkdaşlığımızı davam etdiririk”,- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

Məlumat üçün bildirək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.

Mövzuya görə xəbərlər