Bakı. TurkicWorld:
Türkiyə müdafiə sənayesinin yeni texnologiyalarından biri olan və bir çox ölkədən böyük tələbat alan Zirehli Logistika Dəstək Vasitəsi DERMAN 8X8 Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına daxil olur.
TurkicWorld-un məlumatına görə, DROPS Layihəsi çərçivəsində, Türkiyə Silahlı Qüvvələrinə 70 ədəd DERMAN 8X8 avtomobili təhvil veriləcək. Onlardan 7-si təhvil verilib. Çatdırılma tarixi isə 2024-cü ilin birinci rübündə həyata keçiriləcək.
Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan Zirehli Logistika Dəstək Vasitəsi DERMAN 8X8 ilk dəfə xaricdə sərgilənib. Türk müdafiə sənayesi daxilində logistika dəstək maşınları istehsal edən Koluman Otomotiv Endüstri A.Ş, Londonda keçirilən dünyanın aparıcı müdafiə sənayesi toplantılarından biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində (DSEI 2023) DERMAN 8X8 avtomobilini nümayiş etdirib.
Koluman Otomotiv Endüstri A.Ş-nın hərbi layihələrdən məsul baş müdir müavini Zəfər Özcan jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu cür sərgilər bəzən şirkətlərin tarixində dönüş nöqtəsi yaradır.
"Əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin inventarına girməyi, daha sonra beynəlxalq bazarlara genişlənməyi hədəfləyirik. Türk ordusu NATO-nun əhəmiyyətli güclərindən biridir. Ona görə də genişlədiyimiz zaman xaricdə ən böyük istinadlarımızdan biri Silahlı Qüvvələrə təslim etdiyimiz avtomobillərdir”,- deyə Zəfər Özcan qeyd edib.
Özcan əlavə edib ki, 2024-cü ilin ilk rübündə 70 avtomobillik DROPS layihəsinin bütün maşınlarını göndərməyi planlaşdırırıq. Ən böyük hədəfimizdən biri isə zirehli AKTAN layihəsinin ilk prototiplərini istehsal etmək olacaq.
"İxrac tərəfində biz özümüzü, xüsusilə, Şərqi Avropa bazarında yerləşdirmişik. Son zamanlar dünyada baş verən proseslər səbəbindən belə avtomobillərə maraq xeyli artıb",- deyə Zəfər Özcan vurğulayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_