Son dəqiqə

Türkiyə İstanbul terror aktı

İstanbulda ticarət mərkəzində terror aktının qarşısı alınıb

Bakı. TurkicWorld:

İstanbul polisi alış-veriş mərkəzində terror aktının qarşısı alıb.

TurkicWorld xəbər verir ki, Doğukan B. adlı şəxs ticarət mərkəzində gəzərkən qolunda gəzdirdiyi çanta qəfildən alovlanmağa başlayıb.

Məlumata əsasən, çantası qəfil yanan Doğukan B. Sinan A. ilə birlikdə polis bölməsinə aparılıb.

Daha sonra həmin anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.

Şübhəlilər polisə meşədə yanğın törətmək üçün cihaz yerləşdirdiklərini etiraf ediblər.

Axtarışlar zamanı polislər tərəfindən üç ədəd cihaz aşkar edilərək məhv edilib. Mexanizmlərin istiliyə həssas olduğu və günəşlə müəyyən temperatura çatdıqda kiçik bir partlayışa səbəb olduğu və yanğın törətdiyi müəyyən edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər