Son dəqiqə

Türkiyə Fransa Türkiyənin Milli Müdafiə Nazirliyi

Türkiyə ilə Fransa arasında “Strateji Dialoq Toplantısı” keçirilib

Bakı. TurkicWorld:

Türkiyə ilə Fransa arasında “Strateji Dialoq Toplantısı” keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

Toplantıda Türkiyə ilə Fransa arasında ikitərəfli hərbi əlaqələrin inkişafı, NATO, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 21 avqust tarixində Fransa prezidenti Emmanuel Makronun Avropa və Türkiyə ilə əlaqələr üzrə müşaviri Isabelle Dumont Fransanın Ankaradakı səfiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Fransanın Ankaradakı səfiri vəzifəsini daha öncə Herve Magro icra edib.

Mövzuya görə xəbərlər