Türkiyə XİN Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 105-ci il dönümü münasibətilə Azərbaycanı təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN öz rəsmi twitter (X) hesabında paylaşım edib.

"Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edir, müstəqillik uğrunda canlarından keçmiş bütün şəhidlərimizi ehtiramla yad edirik", - deyə paylaşımda qeyd edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01