Türkiyədə polis avtomobillərinə Togg əlavə edilib

Türkiyədə polis avtomobillərinə Togg əlavə edilib

Bakı. TurkicWorld:

Ankarada polisin patrul xidməti üçün istifadə etdiyi avtomobillərə yerli avtomobil Togg əlavə edilib.

TurkicWorld-un məlumatına görə, Ankara polis idarəsi motosiklet komandaları qrupları, Türkiyə Qızıl Aypara Cəmiyyətində patrul və yoxlama vəzifələri üçün Türkiyənin yerli avtomobili Toggdan istifadə etməyə başlayıb.

“06 A 00006” nömrə nişanlı qara rəngli Togg T10X markalı yerli avtomobilin üzərində delfin polisi emblemi var.

Ankarada fəaliyyət göstərən avtomobil, vətəndaşların böyük marağına səbəb olub.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_