Ankarada axtarışda olan 800-ə yaxın şəxs saxlanılıb

Ankarada axtarışda olan 800-ə yaxın şəxs saxlanılıb

Bakı. TurkicWorld:

Ankarada əməliyyatlar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 756 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu haqda Ankara Valiliyi məlumat verib.

Məlumatda bildirilib ki, axtarışda olan şübhəlilərin tutulması üçün 29 mart - 4 aprel tarixləri arasında polis tərəfindən araşdırma aparılıb.

Bu çərçivədə altı nəfərə 20 il, 11 nəfərə 10 il, 27 nəfərə 5-10 il, 216 nəfərə isə beş ilə qədər həbs cəzası verilib və ifadələrlə axtarılan 496 nəfər saxlanılıb.