Türkiyənin yeni turizm qatarı istifadəyə verilir

Türkiyənin yeni turizm qatarı istifadəyə verilir

Bakı. TurkicWorld:

Türkiyənin yeni turizm qatarı "Mesopotamiya Ekspress" 19 aprel tarixindən etibarən istifadəyə verilir.

TurkicWorld xəbər verir ki, Ankaradan Diyarbəkirə qədər uzanan marşrut üzrə səyahət həvəskarlarına yeni təcrübələr təqdim edəcək turist qatarının ilk səyahətindən əvvəl reklam turu keçirilib.

Tura Ankaradan başlayan qatar Kayseri, Malatya və Elazığda dayanaraq təxminən bir gün sonra Diyarbəkirə çatıb.

İştirakçılar tarix yerlərdə olub, yerli ləziz təamların dadına baxaraq yerli məhsulları almaq imkanı qazanıblar.

Məlumata əsasən, “Mesopotamiya Ekspress” doqquz yataq və bir yeməkxanaya malikdir, ümumi tutumu 180 sərnişindir. Qatarda iki nəfərlik yataq vaqonlarında səyahət etmək istəyənlər 9 min lirə, qayıdışda isə 8 min lirə ödəyəcək.

X: Lamanasadli01