GÖKKUBBE Müdafiə Sistemi C-RAM əməliyyatları üçün lazımi imkanlarla təchiz edilib (ÖZƏL)

GÖKKUBBE Müdafiə Sistemi C-RAM əməliyyatları üçün lazımi imkanlarla təchiz edilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan GÖKKUBBE Hava Hücumundan Müdafiə Sistemi C-RAM əməliyyatları üçün lazımi imkanlarla təchiz edilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib

Məlumata əsasən, sistemin ilk atış sınaqları uğurla tamamlanıb.

Bundan əlavə, GÖKKUBBE və KORKUT sistemləri ilk dəfə Londonda keçirilən DSEI 2023 Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində nümayiş etdirilib.

Qeyd edək ki, ASELSAN tərəfindən hazırlanan hər cür hava hücumundan müdafiə sistemləri və sensorları yerləşdirə bilən sistem ehtiyaca görə fərqli konfiqurasiyalara malikdir. KORKUT Hava Hücumundan Müdafiə Silah Sistemi 2016-cı ildən Türkiyə Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur.

Ərazi və regional hava hücumundan müdafiə qabiliyyətinə malik olan KORKUT-da HİSAR-A+, HİSAR-O+, GÖKDEMİR, GÖKER, GÖKBERK və SİPER kimi müdafiə sistemləri fəaliyyət göstərə biləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01