Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20 Liderlər Zirvəsinə qatılıb.
TurkicWorld xəbər verir ki, o, Hindistanın Baş naziri Narendra Modi tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Qeyd edək ki, 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G20 Liderlər Sammitində Türkiyə prezidentinin əsas gündəmi iqlim dəyişikliyi olacaq. O, sammitdə Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə atdığı addımlar barədə məlumat verəcək.
Ləman Əsədli
Twitter: Lamanasadli01