Son dəqiqə

Türkiyə Diyarbakır Ali Yerlikaya

Türkiyədə terror aktının qarşısı alınıb

Bakı. TurkicWorld:

Türkiyənin Diyarbəkir şəhərində bombalı hücuma hazırlaşan beş terrorist saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Türkiyə Terrorla mübarizə və bomba zərərsizləşdirilməsi şöbəsi tərəfindən terroristlərin yaşadığı ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı PETN partlayıcı material, A4 partlayıcı, raketatan başlıq və avometr, saat açarı sistemi, partlayıcı dövrə sistemi, zamanlı partlayıcı və xeyli sayda silah ələ keçirilib",- deyə nazir bildirib.

Ali Yerlikaya qeyd edib ki, terror bitənə qədər mübarizəmiz davam edəcək.

Qeyd edək ki, Türkiyə ordusu 24 iyul 2015-ci il tarixindən indiyədək 38 min 528 PKK//PYD-YPG, İŞİD və FETÖ terrorçusu zərərsizləşdirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər