TDT dünyada nüfuzunu daha da gücləndirəcək - Ali Yerlikaya

TDT dünyada nüfuzunu daha da gücləndirəcək - Ali Yerlikaya

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatı üzv ölkələri ilə birlikdə dünyada nüfuzunu daha da gücləndirəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bakıda keçirilən Fövqəladə halların idarə edilməsi üzrə İkinci Nazirlər Toplantısında çıxışı zamanı deyib.

A.Yerlikaya çıxışı zamanı onu da bildirib ki, Türkiyədə 6 fevral tarixində baş verən zəlzələdə ilk köməyə gələn ölkələrdən biri də Azərbaycan olub.

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir.

Ləman Əsədli

Twitter: lamanasadli01