Son dəqiqə

Türkiyə Haluk Görgün HÜRJET Türkiyə Müdafiə Sənayesi Komitəsi

"Türk Ulduzları” akrobatika komandası yaxın gələcəkdə HÜRJET ilə uçacaq

Bakı. TurkicWorld:

"Türk Ulduzları” akrobatika komandası yaxın gələcəkdə istifadə etdiyi NF-5 təyyarələri əvəzinə HÜRJET ilə uçacaq.ə,

TurkicWorld-un məlumatına görə, Türkiyənin ilk insanlı reaktiv mühərrikli təyyarəsi HÜRJET, Hərbi hava qüvvələri komandanlığına bağlı olan akrobatika komandası "Türk Ulduzları" ilə qol uçuşu edib. "Türk Ulduzları” akrobatika komandası yaxın gələcəkdə istifadə etdiyi NF-5 təyyarələri əvəzinə HÜRJET ilə uçacaq.

Bununla bağlı Türkiyənin müdafiə sənayesinin sədri Haluk Görgün öz rəsmi X (twitter) hesabında paylaşım edib.

"Ölkəmizin səmadakı milli ulduzu HÜRJET Türk Ulduzları arasında yerini alır. Yüngül hücum, təlim, patrul və akrobatik nümayiş missiyaları üçün günləri sayaraq HÜRJET-imizin səmada yolu həmişə müstəqil və açıq olacaq",- deyə paylaşımda bildirilib.

Uçuş idarəetmə sistemi, hava məlumat sistemi və təyyarə sistemi sınaqlarını uğurla tamamlayan, indiyədək 17 uçuş həyata keçirən və bir müddət havada qalan HÜRJET-in son uçuşunu Hərbi hava qüvvələri komandanlığının akrobatika komandası olan Türk Ulduzları müşayiət edib.

HÜRJET bu uçuşda 37 dəqiqə havada qalıb. Uçuşdan sonra HÜRJET müvəffəqiyyətlə təkərləri uçuş-enmə zolağına yerləşdirib və daha sonra Türk Ulduzları ilə fil yürüşünü həyata keçirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər