Bakı, TurkicWorld
Ankaradan 660 suriyalı öz ölkələrinə geri qayıdıb.
TurkicWorld xəbər verir ki, bu barədə Ankara qubernatoru Vasip Şahin məlumat verib.
Məlumata əsasən Vasip Şahin, Ankarada xarici vətəndaşların ümumi sayının 200 min 772, ötən il saxlanılan miqrantların sayının 4 min 413, deportasiya edilən immiqrantların sayının 11 min 284, müvəqqəti qoruma altında olan əcnəbilərin sayının 84 min 684, oturma icazəsi olan əcnəbilərin sayının 4 min 413, beynəlxalq qoruma statusuna malik əcnəbilərin sayının isə 47 min 594 olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Vasip Şahin qubernatorluq binasında 2024-cü ilin fəaliyyətləri ilə bağlı mətbuat konfransı keçirib.