Son dəqiqə

Türkiyə Yunanıstan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiriakos Miçotakis

Türkiyə prezidenti və Yunanıstanın baş naziri görüşəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Miçotakis sentyabrın 18-də görüşəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgo Gerapetritis məlumat verib.

"Prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakis sentyabrın 18-də Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində görüşəcəklər",- deyə Yunanıstan XİN bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan sentyabrın 17-21-də ABŞ-da keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasına qatılacaq.

Xatırladaq ki, Yunanıstanın xarici işlər naziri Yorgo Gerapetritis bu gün Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində o, Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər