Son dəqiqə

Türkiyə TUSAŞ Temel Kotil Türkiyə Müdafiə Sənayesi İdərəsi GÖKBEY

GÖKBEY 1 milyard dollarlıq ixracat həyata keçirə bilər

Bakı. TurkicWorld:

Türkiyənin Müdafiə Sənayesi və Türk Aerokosmik Sənayesi (TUSAŞ) arasında imzalanan müqavilə çərçivəsində hazırlanan Gökbey helikopteri 1 milyard dollarlıq ixracat həyata keçirə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

Məlumata əsasən, 1 milyard dollarlıq ixrac təklifi üçün 32 ədəd Gökbey helikopteri nəzərdə tutulub, lakin təklifin hansı ölkədən edildiyi açıqlanmayıb.

T.Kotil onu da bildirib ki, GÖKBEY-in sınaq uçuşları davam edir.

Qeyd edək ki, 2013-cü ildə Türkiyənin Müdafiə Sənayesi və Türk Aerokosmik Sənayesi (TUSAŞ) arasında ümumi məqsədli helikopterin yaradılması barədə müqavilə imzalanıb.

Helikopterin ilk uçuşu 6 sentyabr 2018-ci ildə uğurla həyata keçirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər