Son dəqiqə

PKK İran Iraq Türkiyə xarici işlər nazirliyi Hüseyn Əmir Abdullahian Hakan Fidan Kərkük

İran PKK-nın Suriyadan təmizlənməsi üçün Türkiyə ilə birgə çalışmalıdır - Hakan Fidan

Bakı. TurkicWorld:

İran PKK terror təşkilatının Suriyadan təmizlənməsi üçün Türkiyə ilə birgə çalışmalıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

"Suriya və Rusiyanın iştirakı ilə 4 formatlı formatda məsələləri müzakirə edirik. Ortaq sərhəd təhlükəsizliyi və terrorla mübarizə ilə bağlı həssaslığımızı ifadə etdik. Biz qarşılıqlı məsələləri dialoq yolu ilə həll etmək istəyirik. Biz Suriya ilə bağlı mövqeyimizi açıq şəkildə ifadə etmişik.” – deyə Hakan Fidan bildirib.

Fidan, İraqın əsas və qurucu ünsürlərindən biri olan türkmənlərin vətəni Kərkükdə baş verənlər yaxından izlədiklərini bildirib.

O qeyd edib ki, son zamanlar Kərkükdə artan PKK varlığının tez bir zamanda təmizlənilməsi lazımdır.

Xatırladaq ki, Kərkükdə ordunun nəzarətində olan binanın Kürdüstan Demokratik Partiyasına (KPD) təhvil verilməsinə qarşı çıxanların bağladığı Ərbil-Kərkük avtomobil yolunun açılması tələbi ilə şəhər mərkəzində KDP tərəfdarları aksiya keçirib.

KDP-yə bağlı bu qruplar şəhərin mərkəzində təhlükəsizlik qüvvələrinə hücum edib. Kərkükdə baş verən bu hadisələrdən sonra komendant saatı elan edilib.

Bir müddət sonra isə Kərkük qubernatoru Rakan Səid əl-Cuburi tərəfindən, qərarın təxirə salındığı bildirilib.

Qeyd edək ki, qarşıdurmalar zamanı 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər