AKSUNGUR PUA ilk dəfə pistonlu mühərriklə 30 min fut yüksəkliyə qalxıb (ÖZƏL)

AKSUNGUR PUA ilk dəfə pistonlu mühərriklə 30 min fut yüksəkliyə qalxıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan AKSUNGUR Pilotsuz Uçuş Aparatı (PUA) ilk dəfə pistonlu mühərriklə 30 min fut yüksəkliyə qalxıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, AKSUNGUR PUA-da PD170 mühərrikindən istifadə edilib.

"PUA-nın missiya profilləri ümumiyyətlə 20-30 min fut olsa da, yeni texnologiya mühərrikləri ilə bu dəyərlər tədricən 30-40 min futa çatdırılır. Bununla yanaşı, PD170 mühərriki yanacaq sərfiyyatında da rəqiblərini xeyli qabaqlayır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, AKSUNGUR PUA-nın Texniki Xüsusiyyətləri aşağıdakı kimidir:
Qanad genişliyi: 24 metr
Üfüqi uzunluq: 11,6 metr
Efir vaxtı: 50+ saat
Faydalı yükləmə qabiliyyəti: 750+ kq
Bağlantı məsafəsi: 250+ km
Mühərrik: 2×170 at gücü
Maksimum hündürlük: 40.000 fut
Maksimal uçuş çəkisi (MTOW): 3300 kq
Mühərrik növü: PD-170 Twin Turbo Diesel

Ləman Əsədli

Twitter: lamanasadli01