Son dəqiqə

Türkiyə TCG Sancaktar TCG Büyükada TCSG Umut

TCG Sancaktar, TCG Büyükada və TCSG Umut İzmirdə ziyarətçilərə açıldı

Bakı. TurkicWorld:

TCG Sancaktar, TCG Büyükada və TCSG Umut İzmirdə ziyarətçilərə açıldı.

TurkicWorld-un məlumatına görə, 30 Avqust Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü tədbirləri çərçivəsində İzmirə gedən TCG Sancaktar, TCG Büyükada və TCSG Umut gəmiləri vətəndaşların ziyarətinə açılıb.

İzmirlilər Alsancak limanında lövbər salan gəmilərə maraq göstərib. Gəmiləri ziyarət edənlər gəminin şəxsi heyətindən hərbi gəmilər haqqında məlumat alıblar.

Səhərdən günortaya qədər davam edən ziyarətlərdən sonra TCSG Umut gəmisi vətəndaşlarla birlikdə hərəkət edərək Körfəz turu edib.

Qeyd edək ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər