Son dəqiqə

Türkiyə TUSAŞ Temel Kotil KAAN

Növbəti TEKNOFEST-lərdə KAAN təyyarəsi nümayiş olunacaq

Bakı. TurkicWorld:

Növbəti TEKNOFEST-lərdə Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN da nümayiş olunacaq.

TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

T.Kotil onu da qeyd edib ki, bu ilin sonunda KAAN-ın ilk uçuşunu həyata keçirməsi gözlənilir.

"Sertifikasiya işləri bitmək üzrə olan GÖKBEY helikopteri praktikada jandarmalara təhvil veriləcək səviyyəyə çatıb. Bundan əlavə, xarici ölkələrlə milyard dollarlıq satış müqavilələrinin imzalanması da planlaşdırılır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə sabah paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər