Son dəqiqə

Türkiyə Rize-Artvin Hava Limanı

Rize-Artvin hava limanında ikinci cihaz eniş sisteminin quraşdırılmasına başlanılıb

Bakı. TurkicWorld:

Rize-Artvin hava limanında əlverişsiz hava şəraitində eniş üçün ikinci cihaz eniş sisteminin quraşdırılmasına başlanılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə AK Parti baş qərargah sədrinin müavini və Rize millət vəkili Məhəmməd Avcı məlumat verib.

Məhəmməd Avcı qeyd edib ki, açıldığı gündən inkişaf edən hava limanı Türkiyənin prestijli layihələri arasındadır.

"Rize-Artvin hava limanı yüksək texniki avadanlıqla tikilib. Lakin Rizenin sıldırım və yüksək dağ silsilələri sistemin tam gücü ilə işləməsinə mane olur. Bu səbəbdən, ikinci Rize-Artvin hava limanına ILS sistemi CAT-2 olaraq uçuş-enmə zolağının quraşdırılması və işıqlandırılması işlərinə sürətlə başladıq"- deyə Avcı bildirib.

Avcı qeyd eddib ki, Türkiyədə ikinci ILS sistemi çox az hava limanında mövcuddur.

Məlumat üçün bildirək ki, Türkiyənin dəniz üzərində inşa edilən ikinci hava limanı olma xüsusiyyətini daşıyan Rize-Artvin hava limanı 2022-ci il mayın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər