
Bakı. TurkicWorld:
Rəcəb Tayyib Ərdoğan taxıl böhranı ilə bağlı Rusiyanın Soçi şəhərinə gedəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə AK partiya sözçüsü Ömer Çelik bildirib.
“Bu mövzuda yeni inkişafların olacağını və yeni addımların atıla biləcəyini qiymətləndiririk" – deyə Çelik qeyd edib.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.
Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.
Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.
Hafiz Rufizoğlu