TOLUN Güdümlü Sursatlar və SADAK-4 Çoxmənzilli silahlar üçün ixrac müqaviləsi imzalanıb

TOLUN Güdümlü Sursatlar və SADAK-4 Çoxmənzilli silahlar üçün ixrac müqaviləsi imzalanıb

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN və Baykar şirkəti arasında TOLUN Güdümlü Sursatlar və SADAK-4 Çoxmənzilli silahları üçün ixrac müqaviləsi imzalanıb.

TurkicWorld-un məlumatına görə, ASELSAN və BAYKAR arasında imzalanan müqavilənin ümumi dəyəri 35 milyon 580 min ABŞ dolları olduğu bildirilib.

İlkin məlumata görə, ixrac edilən TOLUN sursatları Səudiyyə Ərəbistanının AKINCI TİHA platformalarında istifadə olunacaq.

“Ən böyük hədəflərimizdən biri bütün sektorumuzda ixracı dəstəkləməyə və prioritetləşdirməyə davam edərək dünyaya inam və ölkəmizə əlavə dəyər təmin etməkdir. Müdafiə texnologiyaları sahəsində flaqmanlarımızdan biri olan BAYKAR və ASELSAN-ın ixrac əməkdaşlığı qlobal arenada yolumuzu açmağa davam edir.” – deyə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün qeyd edib.

ASELSAN baş direktoru Ahmet Akyol bildirib ki, biz ixracyönümlü artım vizyonu ilə işimizi davam etdirəcəyik.

“Milli və xüsusi olaraq inkişaf etdirdiyimiz SİHA platformalarımızın ixrac uğurları, Türkiyənin müdafiə və aviasiya sektorunda yüzlərlə şirkətin də yolunu açır.” – deyə BAYKAR baş direktoru Haluk Bayraktar qeyd edib.

ASELSAN TOLUN Miniatür Bomba xüsusiyyətləri

TOLUN IIR Miniatür Güdümlü Bomba, həm stasionar, həm də hərəkət edən hədəflərə qarşı təsirlidir. SADAK-4T Intelligent Multi-Nəqliyyat Rafı ilə tək silah stansiyasında dörd ədəd daşına bilən TOLUN, GPS/INS naviqasiya sisteminə əlavə olaraq IIR Axtarış Başlığı sayəsində insan-in-the-loop qabiliyyətinə malikdir. Bu xüsusiyyət sayəsində pilotlar havaya atılan bombaları əllə istiqamətləndirə bilirlər.

Müvafiq şəraitdə təxminən 100 km mənzilli olacaq Miniatür Bomba, təxminən 250 funt ağırlığında olan MK-81 bombalarına bərabərdir. Miniatür Bomba həm də 1 metr dəmir-betona nüfuz edə bilir. Bu qabiliyyət atış sınaqları zamanı da təsdiqlənib.

Hafiz Rufizoğlu