Bakı. TurkicWorld:
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında keçiriləcək Yunan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
TurkicWorld xəbər verir ki, Saloniki şəhərində baş tutacaq iclasda Yunanıstanın Baş naziri Kiriakos Miçotakis də iştirak edəcək.
Bundan əlavə, 5 sentyabr tarixində Ankarada iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli münasibətlərə dair məsələləri və regional hadisələri müzakirə edəcəyi görüşün keçirilməsi gözlənilir.
Qeyd edək ki, Yunan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının iclası sonuncu dəfə 2016-cı ildə keçirilib.
Ləman Əsədli
Twitter:lamanasadli01