Son dəqiqə

Türkiyə Kipr Şimali Kipr Türk Respublikası Cevdet Yılmaz

Artan islamafobiya ilə mübarizə təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin işidir – Cevdet Yılmaz

Bakı. TurkicWorld:

Artan islamafobiya ilə mübarizə təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin işidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz öz X (Twitter) hesabında paylaşım edib.

“Məscidin yandırılması insan haqlarına, demokratiyaya, fikir və inanc azadlığına açıq-aşkar hücumdur. Bu yandırma aktı ilə ictimai asayiş, sülh və ümumi bəşəri dəyərlər hədəfə alındı. Dilindən, dinindən, irqindən və ya məzhəbindən asılı olmayaraq bütün təbəqələrin, xüsusilə AB və Kipr Rum Administrasiyası başda olmaqla, cəmiyyətlərin dinc mühitini təxribat etmək istəyən qara əllərin bu hərəkətlərinə reaksiya verməsi vacibdir.” – deyə Yılmaz vurğulayıb

O qeyd edib ki, Cənubi Kiprdə Limassol şəhərində Köprülü Hacı İbrahim Ağa məscidinə edilən yanğını ən şiddətli şəkildə qınayır.

Xatırladaq ki, Cənubi Kiprin Limassol şəhərində Köprülü Hacı İbrahim Ağa məscidinə molotof kokteyli ilə hücum edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər