Son dəqiqə

Ukrayna Türkiyə xarici işlər nazirliyi Volodimir Zelenski Hakan Fidan

Zelenski Hakan Fidanı qəbul edib

Bakı. TurkicWorld:

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyənin xarici işlər naziri Hakan Fidanı Kiyevdə qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu, Hakan Fidanın xarici işlər naziri olaraq Ukraynaya ilk rəsmi səfəridir.

Məlumat üçün bildirək ki, Rusiya-Ukrayna müharibəsi başlayan vaxtdan bəri Türkiyə iki ölkə arasında vasitəçi rolu ilə gündəmə gəlib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər