Son dəqiqə

Türkiyə Türkiyə xarici işlər nazirliyi Hakan Fidan İraq Kürdüstan İraq Türkmən Cəbhəsi

Hakan Fidan İraq Türkmən Cəbhəsi Ərbil vilayət başçılığına səfər edib

Bakı. TurkicWorld:

Türkiyənin Xarici işlər naziri Hakan Fidan İraq Türkmən Cəbhəsinin (İTC) Ərbil Vilayət Başçılığına səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.

Hakan Fidan İraqla təmasları çərçivəsində İraq Kürd Regional Rəhbərliyinin (İKRG) sədri Neçirvan Bərzani, İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani və İraq Kürd Regional Rəhbərliyinin (İKRG) baş nazirinin müavini Kubat Talabani ilə də görüşüb.

Xatrıladaq ki, nazir Fidan avqustun 22-23-də İraqın paytaxtı Bağdadda bir sıra danışıqlar aparıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər