Danimarka səfirliyinin müvəqqəti işlər vəkili yenidən Türkiyə XİN-ə çağırılıb

Danimarka səfirliyinin müvəqqəti işlər vəkili yenidən Türkiyə XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Qurani-Kərimin yandırılması ilə bağlı beşinci dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Məlumat üçün qeyd edək ki, Kopenhangendə Qurani-Kərimə qarşı təxribatların davam etməsinin qarşısının alınması üçün növbəti dəfə xəbərdarlıq edilib.

Xatırladaq ki, Müvəqqəti işlər vəkili bundan öncə 18, 21, 22 və 23 avqust tarixlərində Xarici İşlər Nazirliyinə çağırılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01