Türkiyə ilə Fransa arasında ikitərəfli ticarət və investisiya məsələləri müzakirə edilib

Türkiyə ilə Fransa arasında ikitərəfli ticarət və investisiya məsələləri müzakirə edilib

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömer Bolatla Fransanın Xarici Ticarət və İnvestisiyalar naziri Olivier Becht arasında G20 Ticarət və İnvestisiya Nazirləri Toplantısı çərçivəsində görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat öz rəsmi sosial media hesabında paylaşım edib.

"2024 Ortaq İqtisadi və Ticarət Komissiyası (JETCO) toplantısının Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəldik. Görüş zamanı ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında Gömrük İttifaqının yenilənməsi prosesini də müzakirə etdik və işgüzar dairələrimiz arasında dialoqu gücləndirəcək, qarşılıqlı investisiyaları artıracaq addımlar üçün çalışmağa qərar verdik", - deyə o bildirib.

Ləman Əsədli

Twitter: lamanasadli01