Son dəqiqə

Rusiya Ukrayna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hakan Fidan Taxıl Dəhlizi Sazişi

Hakan Fidan Rusiyaya rəsmi səfər edəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən deyib.

Ərdoğan, Taxıl dəhlizi və Rusiya - Ukrayna müharibəsi ilə bağlı sualları cavablandırıb.

"Cənab Putin Rusiyanın taxıl dəhlizi məsələsinə müsbət münasibətdədir. Sentyabrda Hindistanda G-20, ABŞ-da isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə müharibə məsələsini üzbəüz görüşüb söhbət edəcəyik. Tezliklə xarici işlər nazirim Rusiyaya səfər edə bilər. Çünki bu işin üz-üzə olması böyük əhəmiyyət kəsb edir və nəticəni bu şəkildə almaq çox daha doğru olar",- deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan vurğulayıb ki, Ukrayna prezidenti Zelenskinin Türkiyəyə gəlişindən, onunla görüşlərimizdən, eləcə də NATO Liderlər Zirvə toplantısındakı görüşlərimizdən müsbət nəticələr əldə edəcəyik.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər