Bakı. TurkicWorld:
Türkiyə təhlükəsiz və çevik rəqəmsal iqtisadiyyat yaratmaq üçün bütün G20 (Great 20) ölkələri ilə işləməyə hazırdır.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır bildirib.
Nazirlikdən verilən yazılı açıqlamaya görə, Kacır Hindistanın Banqalor şəhərində keçirilən G20 Rəqəmsal İqtisadiyyat Nazirləri Toplantısında “Rəqəmsal İctimai İnfrastruktur”, “Rəqəmsal İqtisadiyyatda Təhlükəsizlik və Rəqəmsal Bacarıqlar” başlıqlı sessiyalarda iştirak edib.
Görüşdə Kacır Türkiyənin rəqəmsal ictimai infrastruktur, rəqəmsal iqtisadiyyatda təhlükəsizlik və rəqəmsal bacarıqlar sahələrində gördüyü işlərdən danışıb.
"Kiberhücumlar və məlumat pozuntuları fərdlər, bizneslər və hökumətlər üçün geniş təsirlərə səbəb ola bilər. Biz inanırıq ki, təhlükəsizlik təhdidlərinin qarşısını almaq və azaltmaq üçün birgə səylər lazımdır. Məqsədimiz inkişaf edən rəqəmsal çağırışlar qarşısında yaxşı təchiz edilmiş və davamlı olan kiber məlumatlı cəmiyyət yaratmaqdır.” – deyə Kacır bildirib.
Nazir qeyd edib ki, elektron hökumətin bu günə qədər 990 qurumun yeddi mindən çox xidmətini təqribən 64 milyon istifadəçiyə çatdırıb.
Hafiz Rufizoğlu







