Bütün dünya Azərbaycanda fasiləsiz kəşfiyyat və müşahidənin gücünü gördü - Selçuk Bayraktar

Bütün dünya Azərbaycanda fasiləsiz kəşfiyyat və müşahidənin gücünü gördü - Selçuk Bayraktar

Bakı. TurkicWorld:

Pilotsuz Uçuş Aparatlarının uğurunun əsas səbəbi müşahidə imkanlarıdır, Azərbaycanda bütün dünya daimi, fasiləsiz, real vaxt rejimində kəşfiyyat və müşahidənin gücünü gördü.

TurkicWorld xəbər verir ki, bu fikirləri Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

"İndiyə qədər 600 mindən çox uğurlu uçuş həyata keçirən SİHA Bayraktar TB2 Türkiyənin ən uzun uçuş edən milli təyyarəsidir. 93 faiz yerli olan Bayraktar TB2 SİHA-ların proqram təminatı, dizaynı və bütün kritik komponentləri Baykar tərəfindən hazırlanıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, bütün layihələrini öz resursları ilə həyata keçirən Baykar 2003-cü ildə PUA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 75%-ni ixracdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021 və 2022-ci illərdəki məlumatlarına görə, Baykar müdafiə və aerokosmik sənayenin ixracat lideri olub.

Ləman Əsədli
Twitter: Lamanasadli01