Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi TCG Gökçeada William McCormack Harkin Sage Wolverine 23

Türkiyənin TCG Gökçeada gəmisi ABŞ-ın raket kreyseri ilə təlim keçirib

Bakı, TurkicWorld:

"Sage Wolverine 23" Təlimi çərçivəsində ABŞ-ın təyyarə daşıyıcısı qrupunun komandiri William McCormack Harkin Türkiyənin TCG Gökçeada gəmisini ziyarət edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi öz rəsmi sosial media hesabında paylaşım edib.

Məlumata əsasən, Sage Wolverine Təlimi çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin USS NORMANDY raket kreyseri ilə də təlim keçirilib.

Məlumat üçün bildirək ki, TCG Gökçeada Türkiyə Hərbi Dəniz Qüvvələrinin xidmətində olan Gabya sinif freqatlarından biridir.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər