Danimarkadakı Türk səfirliyi qarşısında Qurani-Kərimə hücum olub

Danimarkadakı Türk səfirliyi qarşısında Qurani-Kərimə hücum olub

Bakı. TurkicWorld:

Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücum təşkil edilib.

TurkicWorld-un məlumatına görə, təxribatı irqçi “Danske Patrioter (Danimarka Patriots)” qrupunun üzvüləri həyata keçirib.

Daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirən qrup üzvləri sosial media hesablarında bu anları canlı yayımlayıblar.

Məlumat üçün qeyd edək ki, qrupun təxribatları polisin himayəsi altında həyata keçirilib.

Hafiz Rufizoğlu