Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurası

Qara dənizdə gərginlik regionun və dünyanın maraqlarına xidmət etmir - Türkiyə Milli Təhlükəsizlik Şurası

Bakı. TurkicWorld:

Rusiya ilə Ukrayna arasında müharibə və onun sonrakı mərhələlərdə region üçün mümkün nəticələri, Qara dənizdə gərginliyin artması regionun və dünyanın maraqlarına xidmət etmir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasdan sonra yayılan bəyanatında deyilir.

Milli Təhlükəsizlik Şurası tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəyə son qoymağa çağırır.

"Taxıl sazişinə qayıtmaq, ehtiyacı olan ölkələrdə mümkün neqativ halların qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək", - deyə bəyanatda bildirilir.

Mövzuya görə xəbərlər