Bakı. TurkicWorld:
Türkiyə FETÖ və digər terror qruplarına qarşı mübarizəsini davam etdirəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurası (MGK) bəyanat yayıb.
“Türkiyənin xüsusilə təhlükəsizlik və xarici siyasət sahələrində strateji qazanc əldə etməsinə mane olmaq üçün qurulan və işə salınan FETÖ-nün heç bir şəraitdə mövcud olmasına icazə verilməyəcək” – deyə bəyanatda bildirilib.
Xatırladaq ki, FETÖ terror qruplaşması 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhd göstərib.
Hafiz Rufizoğlu