İxrac hədəfimiz 400 milyard dollardan çoxdur - Ömer Bolat

İxrac hədəfimiz 400 milyard dollardan çoxdur - Ömer Bolat

Bakı. TurkicWorld:

2028-ci ildə 400 milyard dollarlıq mal və 200 milyard dollarlıq xidmət ixracını hədəfləyirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin ticarət naziri Ömer Bolat deyib.

"2024-cü il büdcəsində ixrac dəstəklərini artırmaq üçün səylərimiz sonsuzdur. Buna da nail olacağıq. Bu gün tekstil və hazır geyimdə Avropada 3-cü, dünyada 7-ci yerdə qərarlaşırıq",- deyə nazir bildirib.

Ömer Bolat qeyd edib ki, Türkiyə şüşə, keramika, tikinti materialları, ağ əşyalar, yaxtalar, xalçalar, kənd təsərrüfatı məhsulları kimi sahələrdə Avropanın və dünyanın aparıcı istehsalçılarından biridir.

"Türkiyə hazırda dünyanın ən yaxşı reytinqlərində bəzi məhsullarda ilk 3-də, ilk 5-də və ilk 10-dadır. Bu il, 55-56 milyard dollarlıq gəlir, 58-60 turist sayı ilə dünyada çox əhəmiyyətli bir sıralamada olacağıq. Dünyada turist sayına görə dörd, turizm gəlirinə görə altıncı yerdəyik",- deyə nazir əlavə edib.

Türkiyənin ticarət naziri onu da vurğulayıb ki, 2028-ci ildə 400 milyard dollarlıq mal və 200 milyard dollarlıq xidmət ixracını hədəfləyirik. Biz bunu mərhələ-mərhələ edəcəyik.

Aytac Süleymanova

Twitter: a_alieva_