Siyasi və iqtisadi baxımdan Şimali Kiprin yanında olmağa davam edəcəyik - Ömer Bolat

Siyasi və iqtisadi baxımdan Şimali Kiprin yanında olmağa davam edəcəyik - Ömer Bolat

Bakı. TurkicWorld:

Türkiyənin Ticarət naziri Ömər Bolatla Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Enerji naziri Olgun Amcaoğlu arasında Ankarada görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ömer Bolat öz rəsmi twitter hesabında paylaşım edib.

Nazir Bolat onu da bildirib ki, Türkiyə istər siyasi, istərsə də iqtisadi baxımdan Şimali Kipr Türk Respublikasının yanında olmağa davam edəcək.

Bundan əlavə, tərəflər iki ölkə arasında qarşılıqlı ticarət həcmini artırmağın yolları barədə müzakirələr aparıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01