Son dəqiqə

İsveç Ömər Çelik AK Parti

İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir - Ömer Çelik

Bakı. TurkicWorld:

İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və inkişaf partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik öz rəsmi sosial media hesabından etdiyi paylaşımda bildirib.

“Terror təşkilatı PKK tərəfdarlarının Stokholmda Türkiyə Cümhuriyyətini və prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təxribatını və İsveç rəsmilərinin bu təxribata göz yummasını şiddətlə qınayırıq. İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir",- deyə paylaşımda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.

Xatırladaq ki, Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

Mövzuya görə xəbərlər