İndoneziya Türkiyədən 12 ədəd ANKA PUA alıb

İndoneziya Türkiyədən 12 ədəd ANKA PUA alıb

Bakı. TurkicWorld:

İndoneziya Türkiyədən Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan 12 ədəd ANKA Pilotsuz Uçuş Aparatı (PUA) alıb.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi saytından bildirilib.

Məlumata əsasən, PUA-ların 2025-ci ilə qədər təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, müqavilənin dəyəri 300 milyon dollardır.

Məlumat üçün bildirək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan ANKA Pilotsuz Uçuş Aparatı 30 dekabr 2010-cu ildə ilk uçuşunu həyata keçirib. ANKA PUA öz kateqoriyasında dünyanın ən yaxşı operativ sistemi olmağı hədəfləyir.

ANKA-nın texniki xüsusiyyətləri:

Gövdə uzunluğu: 8 m

Qanad genişliyi: 17 m

Qanad sahəsi: 13,6 m²

Qanad genişliyi nisbəti - : 22

Ümumi uçuş çəkisi: 1.500 kq

Yanacaq tutumu: 250 kq

Yük çəkisi: 200 kq

Mühərrik: 1× Thielert Centurion 2.0 dörd silindrli, turbodizel, 155 at gücü

Ləman Əsədli
Twitter: Lamanasadli01