Hakan Fidan Danimarka XİN rəhbəri ilə telefon görüşü aparıb

Hakan Fidan Danimarka XİN rəhbəri ilə telefon görüşü aparıb

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Danimarka Xarici İşlər naziri Lars Lokke Rasmussen ilə telefon görüşü aparıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

Hakan Fidan görüş zamanı Danimarkada Qurana qarşı davam edən alçaq hücumları bir daha pisləyib.

O qeyd edib ki, Avropada anti-islamizm qorxulu həddə çatıb və ifadə azadlığı adı altında bu cür çirkin hərəkətlərə yol verilməsi qəbuledilməzdir.

Xatırladaq ki,Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında, iyulun 24-də isə İran və İraq səfirliyi qarşısında bir qrup insan tərəfindən Quran yandırılıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Hafiz Rufizoğlu