Son dəqiqə

Türkiyə Günəş Elektrik Stansiyası

Türkiyədə yeni Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin Van vilayətində yeni Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, açılış mərasimində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu da iştirak edib.

"Layihənin qurumumuzun enerji xərclərinin azaldılmasında əhəmiyyətli qatqısı olacaq. 11-ci Karayolları Regionunun bütün enerji ehtiyacı heç bir əvəz ödəmədən bu stansiyadan qarşılanacaq", -deyə Türkiyəli nazir bildirib.

Qeyd edək ki, 100 min kvadratmetr sahədə qurulan Günəş Elektrik Stansiyası beş transformator, 45 çevirici və 10 min 400 paneldən ibarətdir. Eyni zamanda, 5 min 600 kilovat gücə malikdir.

Xatırladaq ki, 4 may tarixində Avropanın ən böyük Günəş Elektrik Stansiyası hesab edilən Karapınar GES-in Türkiyədə açılış mərasimi keçirilib.

Bərpa Olunan Enerji Resursları Sahələri (YEKA) çərçivəsində yaradılan layihədə ümumilikdə 3 milyon 256 min 38 günəş paneli istifadə edilib.

Bundan əlavə, 1 milyard dollarlıq sərmayə qoyulan zavodun maliyyələşdirilməsinə İngiltərənin ixrac kredit şirkəti (UKEF ) də investisiya yatırımı edib.

Ləman Əsədli

Twitter:lamanasadli01

Mövzuya görə xəbərlər