Son dəqiqə

Türkiyə İDEF CANİK silah şirkəti

Türkiyənin CANİK silah şirkəti IDEF-2023-də iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyənin CANİK silah şirkəti və markanın bağlı olduğu "Samsun Yurt Savunma" yeni texnologiya və məhsullarını 25-28 iyul tarixlərində dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgilərindən biri olan IDEF-23-də nümayiş etdirəcək.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi saytından məlumat verilib.

Məlumata əsasən, sərgidə CANİK tərəfindən istehsal edilən 12,7 mm-lik zenit silahı olan CANiK M2 QCB-nin təkmil yeni versiyası və yüksək texnologiyalı yüngül strukturu və 30x113 mm-lik silahın atəş gücünü birləşdirən TRAKON ilk dəfə nümayiş etdiriləcək.

Dəniz, hava və quru platformaları üçün böyük əhəmiyyət kəsb edən 30x113 mm-lik topların istehsal edən CANiK silah istehsalçısı silahlı qüvvələrə qazandıracağı imkanlarla Türkiyənin gücünə güc qatmağı hədəfləyir.

Qeyd edək ki, 25-28 iyul tarixlərində Türkiyə Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Silahlı Qüvvələri Fondunun rəhbərliyi ilə təşkil edilən IDEF-23 bu il 16-cı dəfə keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər