Son dəqiqə

Türkiyə NATO Yunanıstan İngiltərə Türkiyənin Milli Müdafiə Nazirliyi

Türkiyə-Yunanıstan-İngiltərə gəmilərinin birgə NATO təlimi keçirilib

Bakı. TurkicWorld:

Türkiyə-Yunanıstan-İngiltərə gəmilərinin Şərqi Aralıq dənizində birgə NATO təlimi keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin “TCG Gökçeada” freqatı, İngiltərənin “HMS Duncan” gəmisi və Yunanıstanın “HS Limnos” gəmisi NATO-nun Daimi Dəniz İşçi Qrupu-2 çərçivəsində təlimlər keçirib.

Qeyd edək ki, 2020-ci ilin yayında Şərqi Aralıq dənizində artan gərginlikdən üç il sonra Türkiyə və Yunanıstan hərbi gəmiləri üz-üzə gəlib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər