ASELSAN YILDIRIM-100 DIRCM ilk dəfə IDEF 2023 sərgisində nümayiş etdiriləcək

ASELSAN YILDIRIM-100 DIRCM ilk dəfə IDEF 2023 sərgisində nümayiş etdiriləcək

Bakı. TurkicWorld:

ASELSAN YILDIRIM-100 İstiqamətləndirilmiş İnfraqırmızı Qarşı Mübarizə Sistemi (DIRCM) ilk dəfə IDEF 2023 sərgisində nümayiş etdiriləcək.

TurkicWorld-un məlumatına görə, sərgidə rabitə, hava hücumundan müdafiə, avionika, elektro-optika, elektron müharibə, radar və pilotsuz sistemlərdəki imkanlarını yerli və xarici ziyarətçilərlə bölüşəcək.

YILDIRIM-100 DIRCM, lazer əsaslı sistem, MANPADS raketlərinin axtarış başlığına nüfuz edəcək və onları zərərsizləşdirəcək.

Məlumat üçün qeyd edək ki, 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF 2023 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək.