Bakı. TurkicWorld:
Qarşıdakı 30 ildə hərbi vasitələrin tam elektriklə işləməsi mümkün deyil.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin OTOKAR şirkətinin direktoru Serdar Görgüç deyib.
"Elektrikli nəqliyyat vasitələri mövzusu təbii ki, hazırda bir trenddir, lakin tam elektriklə işləyən avtomobillər mövzusu hərbi maşınlara o qədər də aid deyil.” – deyə Görgüç qeyd edib.
O bildirib ki, hibridin hərbi istifadədə müəyyən çətinlikləri olsa da bəzi hallarda onun üstünlükləri çoxdur.







